AMEA-nın inkişafı üçün islahatlara ehtiyac var - Ramiz Mehdiyev

12:16 28.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan inkişaf istiqamətindən irəli gəlir.

Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.

O əlavə edib ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir. Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır.